13 C
Baku
Bazar, Noyabr 28, 2021

Belarusda bütün ictimai yerlərdə məcburi maska taxılması tətbiq edilib

Belarusda oktyabrın 9-dan bütün ictimai yerlərdə məcburi maska taxılması tətbiq edilib.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi bəyan edib.

Belarusun Baş sanitar həkimi Aleksandr Tarasenko deyib: “Oktyabrın 9-dan başlayaraq, vətəndaşlarımız mağazalarda, ictimai iaşə, məişət xidməti obyektlərində, teatr, kinoteatr, mədəni-kütləvi tədbirlərdə, stadion, müəssisə, səhiyyə təşkilatlarında, aptek və digər obyektlərdə maska taxmağa və sosial məsafəyə riayət etməyə borcludurlar.

Daha bir dəyişikliyə müvafiq olaraq, bundan sonra Belarusda karantin qaydaları pozuntusuna görə fiziki şəxslərin məsuliyyəti müəyyən edilib. Əvvəllər mağaza və nəqliyyatda maska taxmaq məcburi olsa da, vətəndaş bu tələbə riayət etməməyə görə cərimələnmirdi, məsuliyyət yalnız təsərrüfat subyektlərinin üzərinə düşürdü.

Tələblərə riayət olunmasına nəzarəti ölkənin daxili işlər və nəqliyyat nazirlikləri sanitar-epidemioloji xidmətlə birgə həyata keçirəcəklər.

Tarasenko onu da əlavə edib ki, yeni dəyişikliklərin tətbiqi respublikanın regionlarında və Minsk şəhərində COVID-19 virusuna yoluxma üzrə əlverişsiz epidemioloji vəziyyətin müşahidə olunması ilə bağlıdır.

Mənbə:Azərtac
Son xəbərlər
Oxşar xəbərlər
X