22 C
Baku
Friday, May 24, 2024

Belarusdan gətirilən kartof məhsulunda karantin tətbiq edilən orqanizm aşkar olundu

“Lars 77” MMC-nin müraciəti əsasında Belarus Respublikasından idxal olunan ərzaqlıq kartof məhsulundan Agentlik əməkdaşları tərəfindən nümunələr götürülərək, Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.

Banker.az xəbər verir ki, müayinələr nəticəsində ümumi çəkisi 20980 kq ərzaqlıq kartof məhsulu partiyasında karantin tətbiq edilən orqanizm – kartofun qonur çürüməsi, ümumi çəkisi 20450 kq ərzaqlıq kartof məhsulu partiyasında isə karantin tətbiq edilən orqanizm – kartof yumrularında halqavari bakterial çürümə aşkar edilib.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq, istehlaka yararsız məhsulun gömrük ərazisinin hüdudlarından kənarlaşdırılması, məhv edilməsi və ya utilizasiyası barədə qərar qəbul edilib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər