11 C
Baku
Çərşənbə, Dekabr 8, 2021

Belçikada məktəbə velosipedlə gələn şagirdlərə kriptovalyuta veriləcək

Belçikanın Gent şəhərində məktəbə piyada və ya velosipedlə gələn məktəblilər mükafatlandırılacaq.

Şəhər rəhbərliyi tərəfindən onların hesablarına kriptovalyutalar köçürüləcək.

Virtual pulların köməyilə şagırdlər kitabxana, idman hovuzu və ya digər bölmələr üzrə aylıq abunə haqlarını ödəyə biləcəklər.

Azyaşlıların hərəkətini izləmək üçün onlara xüsusi elektron markerlər veriləcək.

Şəhər rəhbərliyindən verilən məlumata görə, müvafiq addım uşaqlarda avtomobilə alternativ vasitələrdən istifadə həvəsi yaratmaq, bu yolla da 2050-ci ilədək atmosferə zərərli tullantıların həcmini azaltmağa yardımçı olmaq məqsədi daşıyır.

Mənbə:Oxu.az
Son xəbərlər
Oxşar xəbərlər
X