16 C
Baku
Wednesday, October 23, 2024

Belçikada ümumi karantin elan edildi

Belçikanın baş naziri Sofi Vilmes bildirib ki, cümə günü gecə yarısından şənbə gününə kimi ölkədə ümumi karantin tətbiq ediləcək.

Bu barədə TASS-a istinadən xəbər verir.

Onun sözlərinə görə, beləliklə Belçika yeni tip koronavirus pandemiyasına “reakiyanın üçüncü mərhələsinə keçib”.

Beləcə, ölkədə bütün kütləvi tədbirlər ləğv edilib. Söhbət idman, mədəni, folklor tədbirlərindən gedir.

Vilmes deyib ki, şəxsi və ya ictimai, saylarından asılı olmayaraq bütün tədbirlər ləğv edilib.

Siyasətçi əlavə edib, ictimai iaşə müəssisələri, disko klublar, təhsil müəssisələri bağlanacaq.

Belçikada koronavirusa yoluxanların sayı 399 nəfərə çatıb. Ölkədə üç nəfər infeksiyanın qurbanı olub.

©Report

Son xəbərlər
Digər xəbərlər