Benzin və dizelə 2.3 milyard manata yaxın pul xərclənib

2021-ci ilin yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 2 279.5 mln. manatlıq avtomobil benzini və dizel yanacağı satılıb.

Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici illik müqayisədə 3.8% çoxdur.

Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 6%-i avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.

Təkcə noyabr ayı ərzində istehlakçılar avtomobil benzini və dizel yanacağına 200.9 mln. manat xərcləyiblər.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər