“Berkshire Hathaway” holdinqi “UnitedHealth” şirkətində $1.6 milyardlıq pay alıb

Milyarder Uorren Baffetin “Berkshire Hathaway” holqindi tibbi sığorta şirkəti “UnitedHealth”in 5 milyon səhmini 1.6 milyard dollara alıb, bu barədə mənbələrə istinadən “Bloomberg” məlumat yayıb. “Berkshire” həmçinin “T-Mobile”dakı payını 1 milyard dollara satıb.

Baffetin şirkətindən başqa, milyarder Devid Tepperin “Appaloosa Management” şirkəti də “UnitedHealth”in 2.3 milyon səhmini alıb. Qeyd edək ki, “UnitedHealth” “Appaloosa”nın 6.45 milyard dollarlıq portfelinin təxminən 11.9%-ni təşkil edir.

Xəbərlər fonunda “UnitedHealth” səhmləri avqustun 14-də ticarətin sonunda 12.53% artıb.

Baffett və Tepperin şirkətə sərmayəsi səhiyyə sığortaçısının çoxsaylı böhranlarla üzləşdiyi bir vaxta təsadüf edir. Belə ki, 2024-cü ilin sonlarında “UnitedHealth”in baş direktoru Brayan Tompson Manhettendə güllələnib. Bundan əlavə, “UnitedHealth” digər ABŞ səhiyyə sığortaçıları kimi tariflərlə əlaqədar gözlənilməz əlavə xərclərlə üzləşib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər