Hər bir şəhər, ölkə turistlər üçün müəyyən yerləri ilə diqqət çəkən və əvəzedilməzdir. Bəs Berlin şəhərinin özünə məxsus xüsusiyyətləri hansılardır və şəhərdə haranı mütləq olaraq ziyarət etməlisiniz?
Unter-der-Linden bulvarından Brandenburq darvazalarına qədər gəzmək:
Berlinin zəngin Prussiya mirası barədə hər hansı məlumat almaq istəyirsinizsə, buranın ən məşhur bulvarında gəzməyiniz kifayətdir.
Hakski sarayın bir fincan qəhvə içmək:
Bu ərazi turistlər arasında çox populyardır. Kompleks 18-ci əsrin sonu 19-cu əsrin əvvəllərində yaradılıb və hazırda bir çox dəbli bar, kafe və butiklərin yerləşdiyi möhtəşəm məkandır.
Rexstaqı ziyarət etmək:
Heç də sakit keçməyən 20-ci əsrdə bu bina bir çox hadisələrin mərkəzi olub. Bina öz zəngin tarixi ilə yanaşı gözəl memarlığı ilə də diqqət çəkir. Hazırda Reyxstaq bütünlüklə restavrasiya edilib və giriş pulsuzdur.
Necə nahar etməli:
Berlində qida sadə, doyurucu və inanılmaz dərəcədə ucuzdur. Qida rasionu isə ət, kartof, kolbasa və salatlardan ibarətdir.
Kayzer Vilhelmin memorial kilsəsinə səfər etmək:
Kurfyurstendam bulvarında yerləşən bu gözəl kilsə Berlin tarixinin ən məşhur və acı xatirələrindən biridir.
Muzeylər adasında olmaq:
Bu məşhur muzey kompleksi əsas Berlin çayı olan Şpree-nin mərkəzində yerləşir. Burada 5 muzey yerləşir və bu muzeylərə bir neçə saatlıq ekskursiyalar təşkil edilir.