13 C
Baku
Tuesday, May 7, 2024

Berlində dünyanın ən böyük silindrik akvariumu partlayıb – Foto

Berlində hoteldə nəhəng akvarium partlayıb.

Berlinin mərkəzində yerləşən “Raddison Blu” hotelində 16 metrlik nəhəng akvarium partlayıb.

Berlinin yanğınsöndürmə xidməti bildirib ki, hadisə yerinə 100-dən çox yanğınsöndürən cəlb edilib, hadisənin səbəbi hələ də bəlli deyil.

Hadisə nəticəsində insanların xəsarət alıb-almaması barədə məlumat yoxdur.

Qeyd edək ki, “Sea Life” akvariumunda 1500 tropik balığın olduğu bildirilir və turistlər üçün Berlində məşhur attraksionlardan sayılır. Bu obyekt dünyanın ən böyük silindrik akvariumudur.

639c1f71e8087639c1f71e80881671176049639c1f71e8083639c1f71e8085

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər