10 C
Baku
Wednesday, December 11, 2024

Berlinin ən gəzməli və görməli yerləri

Biz sizə bu məqalədə Berlinə səyahət etdikdə mütləq ziyarət etməli olduğunuz yerlərin siyahısını təqdim edirik.

1. Taxelesdə müasir incəsənətdən zövq almalısınız

9c47ccb0a9
Bu rəngarəng binanın bir o qədər də rəngarəng tarixi var. Vaxtilə  bura həm Peşəkar birliyin qərərgahı, həm univermaq, həm də nasist həbsxanası olmuşdu. 90-cı illərin əvvəlində bu atılmış bina sökülmək təhlükəsi altında idi. Lakin burada müasir rəssamlar yerləşərək binanı acı aqibətdən qurtarırlar. Bugünkü gündə binanın divarlarında yüzlərlə rəssamın yaratdığı sənət əsərlərinə tamaşa etmək olar. Tikintinin otaqlarında lazımsız əşyaların böyük kolleksiyası var. Rəsm əsərlərindən savayı, burada konsert və tamaşala üçün meydançalar da yerləşir.

2. Unter- den- Linden bulvarı ilə Brandenburq divarına qədər gəzintiyə çıxmaq

4785b07464
Berlininin bütün gözəlliklərini görmək üçün ən məşhur bulvarda gəzmək lazımdır. Unter- den- Linden bulvarının ətrafında bir sıra görkəmli tarixi tikintilər yerləşir: Berlin operası, Böyük Fridrixin məşhur heykəli, müqəddəs Hedviqin Kilsəsi.

Bulvarın qərb tərəfində sizi şəhərin ən gözəl mənzərəsi gözləyir: Tirqraten parkının əlvan yaşıl görünüşü. Bu parkın qarşısında Brandenburq divarı ucalır. Brandenburq divarı  bir zamanlar Şərqi və Qərbi Almaniyanı ayırırdı.

3. Qapalı məhəllər kompleksində bir fincan qəhvə içmək

0b31d003c1
Almaniyada ən böyük qapalı məhəllər kompleksi həm turistlədən, həm də yerli əhali tərəfindən çox sevilir. Bu kompleksdə qədim memarlıq qorunub.

Kompleks 18-ci əsrin sonlarında- 19-cu əsrin əvvəllərində ucadılmışdır və bugünü gündə burada bir çox barlar, kafelər v butiklər yerləşir.

4. Reyxstaqı ziyarət etmək

6939267854 20-ci əsrdə bu bina bir çox hadisələrin mərkəzi idi. Öz zəngin tarixindən savayı, bina həmçinin gözəl memarlığı ilə də fərqlənir.Hazırda Reyxstaq tamamilə restavrasiya olunub.

Binaya giriş pulsuzdur.

5. Yaxşı nahar etmək

d6be027d2d

Berlində yeməklər sadə, doyumcul və ucuzdur. Burada ən məşhur yemək “karrivusrst”dur.

O, karri sousunda alman sosisindən ibarətdir.

Alman mətbəxində daha ağır yeməklər adətən ətdən, kartofdan, soyuq ət qəlyənaltılarından və salatlardan ibarət olur.

6. Kayzer Vilgelmin Memorial kilsəsini ziyarət etmək

530e5c502c

Şəhərin qərbində bir çox qədim binalara rast gəlmək olar. Kurfürstendamm bulvarında yerləşən bu füsunkar kilsə Berlin tarixinin qaranlıq hadisələrinin ən məşhur şahidlərindən biridir. 1890-cı illərdə inşa edilmiş kilsə 1943-ci ilin bombardmanında ciddi xəsarətlər almışdı və onun zədələnmiş günbəzini müharibə vaxtının şahidi kimi qalması üçün təmir etməyiblər.

7. Muzeylər adasını ziyarət etmək

93073433f6

Bu məşhur muzey kompleksi Berlinin əsas çayı- Şpreyanın üzərində yerləşir. Kompleksə beş muzey daxildir. Muzeylərdə Qərb incəsənətinin tarixi təqdim olunub.

8. Çekpoynt Çarlini ziyarət etmək

Schloßplatz Mitte Berlin Deutschland Berlin divarının ortasında keçmiş buraxılış məntəqəsi alman paytaxtının müasir görkəmli yerlərindən biridir. Bir zamanlar buraxılış məntəqəsi bir çox cəsus romanların fəaliyyət yeri və kapitalist və kommunist dünyalarının qarşıdurma rəmzi olmuşdu.

Onun yanında Soyuq müharibəyə, ADR-in totalitar rejiminə həsr olunmuş Berlin divarının Muzeyi yerləşir.

9. İst- Sayd qalereyasının rəsmlərini görmək

2600db24b9 İst-Sayd qalereyası Berlin divarının saxlanılmış ən uzun hissəsidir. Bugünkü gündə qalereya azadlığa həsr olunmuş xüsusi bir memorialdır. Bütün dünyadan olan rəssamlar 1,3 kilometrlik divarı yüzlərlə sənət əsərləri ilə örtüblər. Beləliklə, İst- Sayd qalereyası dünyanın ən böyük açıq qalereyasıdır.

10. Bütün gecə rəqs etmək

352b258f70 Alman paytaxtı bütün dünyaya öz gecə həyatı ilə məşhurdur. Berlində belə bir küçə tapmaq olmaz ki, burada bar və yaxud klub olmasın.

Yuxusuz gecələr üçün ən yaxşı rayonlar Mitte, Prentslauer- Berq və Fridrixsxayn- Kroytsberqdir.

Son xəbərlər
Digər xəbərlər

1 comment

Comments are closed.