10 C
Baku
Friday, December 13, 2024

Beş “ən pis” avtomobilin adını açıqladı

The Grand Tour şousunun aparıcısı Ceremi Klarkson ilin beş ən pis avtomobilini açıqlayıb. Klarkson bu seçimi, Sunday Times nəşri üçün sınaqlarını keçirdiyi 28 avtomobilin arasından edib.

Klarksonun 2018-ci il üçün reytinqidə beş ulduzdan ikisinə layiq görülən avtomobillərin başında Abarth 695 Rivale hetçbeki durur. Cereminin fikrincə, “qaynar” hetçbek çox sərt və narahat avtomobildir. Onun söylədiyinə görə, bu avtomobili idarə etmək çox çətindir.

Bu siyahıda ikinci yerdə yeni Audi Q8 kupe-krossoveri qərarlaşıb. Klarkson bu avtomobilini “ağılını itirmiş” insanlara uyğun olduğunu bildirib. Bundan başqa, ilin ən pis avtomobili adına Dacia/Renault Duster modeli layiq görülüb. Ceremi krossoverin onun testlərində olan ən iyrənc və gücsüz avtomobil olduğunu, həmçinin bu modelin ümumiyyətlə yaşamaq hüququnun olmadığını bildirib.

Klarksonun reytinqində son iki yeri tutan modellər 102 at qüvvəli Mini hetçbeki və VolvoV60 universalıdır. O, birinci avtomobili “narahat və dəhşətli”, ikincisini isə, “seksual həyatla birdəfəlik sağollaşanların” avtomobili olduğunu söyləyib.

©autograph.az

Son xəbərlər
Digər xəbərlər