25 C
Baku
Saturday, July 27, 2024

Beş həftəlik fasilədən sonra ABŞ Senatı işinə başlayıb

Pandemiya səbəbindən iş yerlərini tərk etmiş ABŞ senatorları infeksiyanın yayılması ilə bağlı təhlükəyə baxmayaraq, beş həftəlik fasilədən sonra bazar ertəsi günü fəaliyyətlərini tam bərpa ediblər.

“TASS” xəbər verir ki, respublikaçıların nəzarətində olan Konqresin yuxarı palatasının müvəqqəti sədri Çak Qrassli iclasın başladığını elan edib.

Senatorlar zalda tibbi maska və əlcəkdə, bir-birindən iki metr aralı əyləşməlidir. Onların üzərinə köməkçilərinin sayını müvəqqəti ixtisar etmək, həmçinin müntəzəm həkim müayinəsindən keçmək öhdəliyi qoyulub. Qanunvericilər çıxış etməzdən əvvəl maskalarını çıxarırlar. Ötən beş həftədə Senat təcili qaydada tam tərkibdə yalnız xəstəliyin yayılması ilə əlaqədar iqtisadi tədbirlər paketini təsdiqləmək üçün toplaşıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər