-1 C
Baku
Sunday, December 15, 2024

Beş ölkə diplomatlarını Ukraynadan çıxarır

ABŞ, Avstraliya, Böyük Britaniya, Almaniya və Kanada bəzi diplomatlarını və onların ailələrini Ukraynadan təxliyə edir.

Bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib.

Altı ölkə isə öz vətəndaşlarına Ukraynaya səfərdən çəkinməyi tövsiyə edib. Ukrayna hakimiyyəti hesab edir ki, bunun üçün heç bir real əsas yoxdur.

Qeyd edək ki, Ukraynada 129 diplomatik nümayəndəlik fəaliyyət göstərir.

Son aylar Qərbdə, eləcə də Kiyevdə Rusiyanın Ukraynaya mümkün müdaxiləsi ilə bağlı bəyanatlar səslənir. Kreml onları boş və əsassız adlandırıb.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər