9 C
Baku
Çərşənbə axşamı, Oktyabr 26, 2021

Beynəlxalq Bank illik 129 mln. xalis mənfəət edib, 53 mln. vergi ödədi

Ölkənin ən böyük  bankı Azərbaycan Beynəlxalq Bankının (ABB) 2020-ci il üzrə xalis mənfəəti 129.39 milyon manat təşkil edib.

Banker.az xəbər verir ki, bu barədə bankın illik maliyyə hesabatında qeyd edilir.

ABB-nin faiz gəlirləri 2020-ci il üzrə 406.24 milyon manat təşkil edib. Burada, 242.19 milyon manatı müştərilərə verilmiş kreditlərdən faiz gəliri, 98.06 milyon manatı Banklar və digər maliyyə institutlarındakı depozitlər üzrə faiz gəlirləri, 48.64 milyon manatı ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirləridir.

Bankın faiz xərcləri 104.28 milyon manat olub ki, burada, 37.87 milyon manatı depozitlər üzrə faiz ödənişləri, 61.65 milyon manatı isə qiymətli kağızlar üzrə faizlər təşkil edib.

Bankın xalis faiz gəlirlərinin həcmi illik müqayisədə 12% azalmaqla 301.97 mln. manata düşüb.

Bununla belə bank qeyri-faizdən gəlirləri  125.39 milyon manat, qeyri-faizdən xərcləri isə 224.15 milyon manat təşkil edib.

Beləliklə, Beynəlxalq Bankın illik əməliyyatı 203.21 milyon manat mənfəətlə tamamlanıb. Bank problemli kreditlərinə 20.39 milyon manat ayırdıqdan sonra vergidən öncə mənfəəti 182.82 milyon manat olmuşdur. Buradan isə 53.43 milyon manat mənfəət vergisi ödəmiş, beləliklə, xalis mənfəət 129.39 milyon manat təşkil etmişdir.

 

Son xəbərlər
Oxşar xəbərlər