28 C
Baku
Saturday, July 27, 2024

Beynəlxalq Bankın bölüşdürülməmiş mənfəəti 120 mln. manata yaxınlaşıb – HESABAT

Ölkənin ən böyük bankı “Azərbaycan Beynəlxalq Bankı” (ABB) cari ilin ikinci rübü ərzində (aprel-iyun) 67.43 mln. manatlıq xalis mənfəət əldə edib.

Banker.az bankın cari ilin ikinci rübü üzrə maliyyə nəticələrinə istinadən xəbər verir.

Bankın xalis mənfəəti ilin ilk rübündə isə 51.05 mln. manat olduğunu nəzərə alsaq, yarımilliyi 118.48 mln. manatlıq xalis mənfəətlə çıxdığını görərik.

Azərbaycan Beynəlxalq Bankı cari ilin ilk rübü ərzində 202.22 mln. manat faiz gəliri 51.55 mln. manat faiz xərci edib ki, bu da 150.68 mln. manatlıq xalis faiz gəliri deməkdir. Lakin, qeyd etməliyik ki, ötən ilin müvafiq dövründə bu göstərici 171.43 mln. manat idi.

ABB-nin qeyri-faiz gəlirləri 60.4 mln. manat, qeyri-faiz xərcləri 75.98 mln. manat təşkil edib ki, bu da 135.1 mln. manat əməliyat mənfəəti etməsi deməkdir.

Problemli kreditlərdən əlavə 111.8 mln. manat bankın ilk yarımildə 118.48 mln. manatlıx xalis mənfəətinə səbəb olub.

Bu xalis mənfəət bankın balansında bölüşdürülməmiş mənfəətin həcmini 118.6 mln. manata çatdırıb.

Balansı…

Bankın aktivləri isə ilin əvvəli ilə müqayisədə 8.1 faiz kiçilməklə 8 milyard 477.36 milyon manata düşüb.

Aktivlərdəki əsas kiçilmə səbəbi nağd vəsaitlərin ilin əvvəli ilə müqayisədə 772.69 mln. manat azalmaqla 1 milyard 998.7 milyon manata, banklar və digər maliyyə institutlarındakı depozitlərinin 332.86 mln. manat azalmaqla 2 milyard 883.91 milyon manata düşməsi olub.

Aktivlərindəki digər göstəricilərdə isə müsbət dinamika müşahidə edilib. Məsələn, bankın müştərilərə verdiyi kreditlərin həcmi ilin əvvəli ilə müqayisədə 43.53 mln. manat artmaqla 2 milyard 418.52 milyon manata, əmlak və avadanlıqları 4.8 mln. manat artmaqla 163.89 mln. manata qədər artmalı olub.

Beynəlxalq Bankın cəmi öhdəlikləri azalaraq 7 milyard 20.38 milyon manata qədər azalıb. Burada azalma səbəbi – Bankın müştərilərdən cəlb etdiyi kreditlərin həcmi ilin ilk 6 ayı ərzində 842.93 mln. manat azalmaqla 4 milyard 792.18 milyon manata düşüb. Lakin, depozit portfelindəki azalmada səbəb fiziki şəxslər deyil, hüquqi şəxslərin depozitlərinin bir hissəsini geri götürməsinə diqqət yetirmək lazımdır.

Son xəbərlər
Digər xəbərlər