23 C
Baku
Saturday, April 20, 2024

Beynəlxalq Maliyyə İnstitutu: Qlobal borcların məbləği $313 trln.-a çatıb

Beynəlxalq Maliyyə İnstitutunun (IIF) çərşənbə günü açıqladığı hesabata görə, qlobal borcların həcmi keçən il rekord həddə – 313 trilyon dollara çatıb.

Hesabatda deyilir: “Keçən il qlobal borc yükünə 15 trilyon dollardan çox vəsait əlavə edilib və bu, ümumi məbləği yeni rekord həddə – 313 trilyon dollara çatdırıb. Eyni zamanda, qlobal borcların ÜDM-ə nisbəti yetkin bazarların təsiri ilə ardıcıl üç il ard-arda azalıb.”

Rəqəmlərə görə, qlobal borclar 2022-ci ildə təqribən 7 trilyon dollar azalsa da, 2023-cü ildə 15 trilyon dollardan çox artım qeydə alınıb. IIF-ə görə, ümumi borc təxminən 10 il əvvəl təqribən 210 trilyon dollar təşkil edib.

Hesabatda qeyd olunub: “Qlobal borcların təxminən 55 faizi ABŞ, Fransa və Almaniya kimi inkişaf etmiş bazarların payına düşür; Çin, Hindistan və Braziliya da inkişaf etməkdə olan ölkələr arasında borc artımı üzrə “lider mövqedədir”. Ötən il inkişaf etmiş ölkələrin ümumi borcu 208.3 trilyon dollara, inkişaf etməkdə olan ölkələrin isə 104.6 trilyon dollara yüksəlib. Həmin dövrdə ev təsərrüfatlarının borcları 59.3 trilyon dollar, dövlət sektorunun borcları isə 89.9 trilyon dollar təşkil edib.

IIF-nin məlumatına görə, qeyri-maliyyə şirkətlərinin borcları 94.4 trilyon dollar, maliyyə institutlarının borcları isə 69.4 trilyon dollar olub.

MənbəAZƏRTAC
Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər