17 C
Baku
Thursday, May 23, 2024

Beynəlxalq Valyuta Fondu: “Türkiyədən heç bir maliyyə dəstəyi tələbi almamışıq”

Beynəlxalq Valyuta Fondu (BVF) Türkiyədən heç bir maliyyə dəstəyi tələbinin alınmadığını açıqlayıb.

Bu barədə fondun məlumatında deyilir.

“BVF-nin texniki qrupu 4-cü maddə üzrə məsləhətləşmələrə hazırlıq məqsədilə Türkiyə hakimiyyəti ilə danışıqlar aparmaq üçün sentyabrın sonunda Türkiyəyə adi səfər edəcək”, – məlumatda deyilir.

Qeyd edilib ki, səfər, həmçinin son iqtisadi hadisələr, iqtisadi perspektivlər və makro-maliyyə siyasətləri barədə fikir mübadiləsi aparmaq imkanı verəcək.

Son xəbərlər
 ⁠
Digər xəbərlər