10 C
Baku
Friday, December 13, 2024

Beynəlxalq agentlik “Azsığorta”nın reytinqini qiymətləndirib

Beynəlxalq reytinq agentliyi “Fitch Ratings” Azərbaycanın “Azsığorta” şirkətinin proqnozunu “stabil” (stable) səviyyəsində və Sığortaçının Maliyyə Gücünü (Insurer Financial Strength – IFS) “B” səviyyəsində yenidən təsdiq edib.

Sığorta şirkətinin reytinqinin saxlanılmasına əsas səbəb şirkətin cari ilin 9 ay ərzində 1,9 milyon manat xalis mənfəət əldə etməsi, sağlam maliyyə durumu və güclü  kapital mövqeyinə malik olmasıdır”, – məlumatda deyilir. Nizamnamə kapitalı 20,3 milyon AZN olan “Azsığorta” şirkətinin  2019-cu ilin 9 ay ərzində sığorta yığımları 11,3 milyon manat, sığorta ödənişləri isə 3,4 milyon manat təşkil edib.

Son xəbərlər
Digər xəbərlər