Azərbaycan Beynəlxalq Bankına koronavirus (COVİD-19) pandemiyası səbəbindən sərt karantin rejiminin tətbiq edildiyi aylarda əlavə işçilər götürüb. Halbu ki, ölkədəki bəzi banklarda qismən də olsa, azalma müşahidə edilib.
Banker.az-ın məlumatına görə, bankın işçilərinin sayı 2332 nəfərə çatıb. Bu isə aprel-iyun ayları ərzində 59 nəfər artımın olması deməkdir. 2020-ci ilin əvvəli ilə müqayisədə isə işçi sayı 182 nəfər artıb.
Cari ilin əvvəlində ABB-də işçi sayı 2150 nəfər, martın sonunda 2273 nəfər olmuşdur.