9 C
Baku
Thursday, December 12, 2024

Beynəlxalq Cinayət Məhkəməsi Rusiyaya qarşı iki iş açacaq

Beynəlxalq Cinayət Məhkəməsi (ICC) Rusiyaya qarşı Ukraynada keçirilən xüsusi əməliyyatla bağlı “müharibə cinayətləri” törətdiyi iddiası ilə  iki iş başlamaq niyyətindədir.

Bu barədə Amerikanın The New York Times nəşri məlumatlı mənbələrə istinadən məlumat yayıb.

Rusiya tərəfi dəfələrlə Qərbin ittihamlarını rədd edib və Rusiya Federasiyasına qarşı tribunalların keçirilməsi təkliflərini beynəlxalq hüququn pozulması adlandırıb.

Qəzetin yazdığı kimi, BCM-də baxılan işlərdə Rusiya “Ukraynalı uşaqları oğurlamaqda” və “Mülki infrastruktura qəsdən zərbə endirməkdə” ittiham oluna bilər. Mənbələrin bildirdiyinə görə, ICC, həmçinin bir neçə nəfərin həbsinə order verilməsini tələb edəcək.

Eyni zamanda, NYT ekspertlərə istinadən qeyd edir ki, məhkəmə işlərə qiyabi baxa bilmədiyi üçün real mühakimə ehtimalı əhəmiyyətsiz olaraq qalır və Rusiya Federasiyası öz vətəndaşlarını ona ekstradisiya etməyəcək.

Bir müddət əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov RİA Novosti agentliyinə müsahibəsində Qərbin Rusiya Federasiyasına qarşı tribunalların keçirilməsi və ya ondan Ukraynada xüsusi əməliyyata görə təzminat tələb edilməsi təkliflərini beynəlxalq hüququn kobud şəkildə pozulması kimi qiymətləndirib . Həmçinin  Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, Qərb “Rusiyaya qarşı qeyri-qanuni tribunal ideyaları ilə tələsir, lakin Kiyevin məhkəməsinə ehtiyac olduğunu bəyan etmir  ” .

Son xəbərlər
Digər xəbərlər