13 C
Baku
Tuesday, May 7, 2024

Beynəlxalq Cinayət Məhkəməsi Ukraynadakı vəziyyətlə bağlı araşdırmaya başlayıb

Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Xan Ukraynadakı vəziyyətlə bağlı rəsmi araşdırmaya başlayıb.

Bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin feysbuk səhifəsində məlumat verilib.

Bildirilib ki, Rusiyanın Ukraynaya qarşı təcavüzünün səbəbsiz şəkildə artması ilə yanaşı, ölkə ərazisində hərbi cinayətləri də davam edir: “Krım və Donbasdakı vəziyyətlə yanaşı, işğalçı qoşunun hərbi və insanlığa qarşı cinayətlər törətməkdə davam etdiyi iddiasını irəli sürməyə əsaslar var.

Nazirlik qeyd edib ki, Ukrayna Roma Statutunun iştirakçısı olmasa da, əvvəllər verilmiş ərizələr əsasında onun “ad hoc” (müyyənetmə) yurisdiksiyasını tanıyıb: “Ukrayna Beynəlxalq Cinayət Məhkəməsinə iki ərizə verib. Birincisi, 2013-cü il noyabrın 21-dən və 2014-cü il fevralın 22-dək Ukraynada baş verən hadisələrə, ikincisi isə 2014-cü il fevralın 20-dən törədilmiş cinayətlərin davam etməsi ilə bağlıdır. Bu, iki ərizənin təhlili prokurorluğa müharibə cinayətləri və insanlığa qarşı cinayətlər iddia etmək üçün hər cür əsas verir. Rusiyanın ali hərbi-siyasi rəhbərliyi Beynəlxalq Cinayət Məhkəməsi qarşısında çıxış etməyə və törədilmiş hər bir cinayətə görə cavab verməyə məcbur olacaq. Bu, XXI əsrin Nürnberq məhkəməsi olacaq”.

Son xəbərlər
 ⁠
Digər xəbərlər