-3 C
Baku
Sunday, December 15, 2024

Beynəlxalq daşımalarda Azərbaycanın payı 7% artıb

Avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar üzrə Azərbaycan daşıyıcılarının bazar payı ciddi artıb.

Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov “Azərbaycanda Mobilliyin Transformasiyası Proqramı”nın təqdimatında bildirib.

Onun sözlərinə görə, 2022-ci ildə Azərbaycan və digər xarici ölkə daşıyıcıları tərəfindən ümumilikdə 221 min 841 ikitərəfli daşıma həyata keçirilib. Bu daşımaların 101 min 843-ü Azərbaycan daşıyıcıları tərəfindən yerinə yetirilib ki, bu da ümumi daşımaların 45,91%-ni təşkil edir.

“Cari ildə Azərbaycan və digər xarici ölkə daşıyıcıları tərəfindən ümumilikdə 256 min 653 daşıma həyata keçirilib. Bu daşımaların 135 min 441-i Azərbaycan daşıyıcıları tərəfindən yerinə yetirilib ki, bu da ümumi daşımaların 52,77%-ni təşkil edir. 2023-cü ilin 9 ayı üzrə avtomobil nəqliyyatı xidmətlərinin ixracının ölkənin qeyri-neft ixracına nisbəti 8,9 % təşkil edib”, – deyə nazir müavini vurğulayıb.

Rəhman Hümmətov əlavə edib ki, Azərbaycanın beynəlxalq avtomobil daşımaları bazarının böyüməsinin bariz nümunəsi milli daşıyıcıların yeni istiqamətlərdə beynəlxalq yük daşımaları həyata keçirmələridir: “Azərbaycan daşıyıcıları Monqolustan və İraq kimi ölkələrə də beynəlxalq yükdaşımaları fəaliyyəti göstərirlər. Beynəlxalq daşımalarda iştirak edən yük avtomobillərinin sayında ciddi artım müşahidə edilir. Belə ki, beynəlxalq daşımalarda iştirak edən yük avtomobillərinin sayı 2021-ci ildə 3432, 2022-ci ildə 9225 və 2023-cü ildə 12593 ədəd təşkil edir”.

MənbəAzərtac
Son xəbərlər
Digər xəbərlər