10 C
Baku
Thursday, December 12, 2024

Beynəlxalq təşkilatlar Azərbaycanda iqtisadi artımın davam edəcəyini proqnozlaşdırıb

Beynəlxalq təşkilatların proqnozlarına əsasən 2022-ci il üzrə ÜDM artımının 2.3 – 3.1% aralığında olması proqnozlaşdırılır.

Bu barədə Azərbaycan Mərkəzi Bankının “Maliyə sabitliyi” hesabatında qeyd olunub.

“Beynəlxalq təşkilatların Azərbaycan üzrə real ÜDM artım proqnozları Fitch və S&P kimi beynəlxalq reytinq agentlikləri 2022-ci ildə ölkənin suveren reytinqini “BB+” olmaqla, “stabil” baxışda qiymətləndirib”.

Hesabatda, iqtisadi artımın sürətli bərpasının, qlobal bazarlarda yüksək enerji qiymətləri, ölkənin artan müsbət ticarət saldosu və strateji valyuta ehtiyatlarının artmasının maliyyə sisteminin fəaliyyət göstərdiyi makroiqtisadi mühitin sabitliyini qoruyub saxlamağa imkan verdiyi qeyd edilib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər