“Beynəlxalq ticarətin dollardan asılılığı artıq qarşımıza böyük bir maneə olaraq, çıxmağa başlayıb”.
“Report” “Anadolu” agnetliyinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VI Sammitindəki çıxşında bildirib.
O, milli valyutalarla ticarət edilməsi təklifini irəli sürüb.
“Qafqaz və Orta Asiyadan Çinə qədər uzanan Xəzərdən keçməklə Şərq-Qərb dəhilizinə böyük əhəmiyyət veririk. Bunun ən əhəmiyyətli dayağı Azrbaycanla birlikdə həyata keçirdiyimiz Bakı-Tbilis-Qars dəmiryol layihəsidr. Beləliklə, Qərbi Avropadan çıxan qatar fasiləsiz olaraq, Xəzər sahillərinə, orada da Aktau limanını keçərək, Şanxaya və Seula yetişəcək”, – deyə Türkiyə prezident bildirib.
Rəcəb Tayyib Ərdoğan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının BMT yanında müşahidəçi statusu qazanması istədiklərinin də vurğulayıb.