Beynəlxalq Valyuta Fondunun (IMF) məsul şəxsi martın 18-də İran Mərkəzi Bankına maliyyə dəstəyi ilə bağlı danışıqlara başlayıb.
Məlumatı “Mehrnews” yayıb.
Bildirilib ki, IMF-nin nümayəndəsi İranın koronavirusa qarşı mübarizə məqsədilə istədiyi maliyyə dəstəyini dəyərləndirir.
Qeyd edək ki, ötən həftə İranın xarici işlər naziri Məhəmmədcavad Zərif IMF-dən koronavirusa qarşı mübarizə aparmaq üçün 5 milyard ABŞ dolları məbləğində yardım istəmişdi.
Martın 17-nə olan rəsmi məlumata görə, İranda koronavirus nəticəsində 988 nəfər ölüb, yoluxanların sayı isə 16 min 169 nəfər çatıb.
©Report