15 C
Baku
Wednesday, April 24, 2024

BFB-də Maliyyə Nazirliyinin 15 mln. manatlıq istiqrazları yerləşdirilməsi üzrə hərrac keçirilib

Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin AZ0105002783 ISIN-li, 15 mln. manatlıq, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

Banker.az BFB-ə istinadən xəbər verir ki, hərrac zamanı 18 investor tərəfindən qiymət intervalı 99,0817  AZN (7,0000%) və 101,3039  AZN (5,8001%) olan 25 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 100,9666 (5,9800%) orta ölçülmüş qiyməti 101,0381 (5,9418%) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 88 415 500 manat yerləşdirilmiş həcmi isə 15 mln. manat təşkil edib.

İstiqrazların ödəmə tarixi 2022-ci ilin yanvarın 11-dir.

Hərrac iştirakçıları 25 dekabr 2019-cu il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər