-3 C
Baku
Wednesday, February 28, 2024

BFB İdarə Heyəti sədrinin ofisinə rəhbər təyin edilib

Bakı Fond Birjasının İdarə Heyəti sədrinin ofisinin yeni rəhbəri təyin edilib.

Banker.az xəbər verir ki, sözügedən vəzifəyə Emil Babayev gətirilib.

E.Babayev 2021-ci ilin yanvarından BFB-yə təyinat alıb. Həmin tarixdən 2024-cü ilin fevralına qədər Biznesin inkişafı qrupunun rəhbəri olub.

E.Babayev 2020-ci ilin oktyabrına qədər isə ABB-də İpoteka şöbəsinin müdiri vəzifəsində çalışıb.

O, bundan daha əvvəllər isə Azərbaycan İpoteka Fondunda, eləcə də bağlanmış banklar “Dekabank” və “Kredobank”da İdarə Heyəti sədrinin müavini kimi çalışmışdır.

Son xəbərlər
Digər xəbərlər