“İmişli-Yağ-Pendir” ASC və “Mingəçevir Balıq” ASC BFB-də listinqə qəbul edilib.
Bu bu barədə, Banker.az-a Bakı Fond Birjasının (BFB) açıqlamasında deyilir.
Məlumata görə, 11 oktyabr 2018-ci il tarixində BFB) Listinq Komitəsinin qərarı ilə “İmişli-Yağ-Pendir” ASC və “Mingəçevir Balıq” ASC-nin hər birinin 1 səhminin qiyməti 2 manat olmaqla adi səhmləri BFB-də alternativ bazar seqmentində listinqə daxil edilib.