“Bakı Fond Birjası” QSC tərəfindən yenilənmiş “Bakı Fond Birjasında qiymətli kağızların listinqi, delistinqi və ticarətə buraxılması qaydaları” qəbul edilmişdir. Eyni zamanda, mövcud listinq tarifləri sadələşdirlmiş və optimallaşdırılmışdır.
Sözügedən Qaydalar, bu sahədə mövcud olan qabaqcıl beynəlxalq təcrübələrə və yerli bazarın xüsusiyyətlərinə əsaslanaraq, qiymətli kağızlar bazarına dair mövcud və tətbiq ediləcək yeni qanunvericilik aktları çərçivəsində Kapital Bazarlarının Müasirləşdirilməsi Layihəsinin ekspertləri tərəfindən yerli mütəxəssislərlə bərabər hazırlanmışdır. Qaydalar qiymətli kağızların listinqi üzrə yeni konseptual yanaşmanı və mütərəqqi normaları müəyyən edir.
Yeni qaydaların tətbiqi, “2011-2020 Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı dövlət proqramı”nın icrası istiqamətində atılmış kompleks tədbirlərin tərkib hissəsi olmaqla, BFB-nin əməliyyat qaydalarının təkmilləşdirilməsi, qaydalar kitabının formalaşdırılması və eləcə də BFB-də listinqin təşviqinə xidmət edir.