6 C
Baku
Sunday, December 15, 2024

Biləsuvarda istehlaka yarasız spirtli içkilər satan sahibkar cərimələnib – Fotolar

Biləsuvarda H.Əliyev küçəsində fəaliyyət göstərən, Əsədov İlqar Saday oğluna məxsus “Uğur” pərakəndə satış müəssisəsində qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin kobud surətdə pozulduğu məlum olub.

Banker.az Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir ki, satış üçün nəzərdə tutulan qida məhsulları anbarında istifadə müddəti bitmiş və istehlak üçün yararsız 11 ədəd 0,5 ml-lik “Nemiroff”,5 ədəd 1l-lik “Nemiroff”, 5 ədəd 0,7 ml-lik  “Apertivo”, 100 ədəd 0,7 ml-lik “Nemirovskaya” əmtəə nişanlı, eyni zamanda markalanması normativ sənədlərin tələblərinə uyğun olmayan 19 ədəd 0,7 ml-lik  “Artive”, 2 ədəd 1l-lik “Belova”, 1 ədəd 1l-lik “Kahlia”, 2 ədəd 0,75 ml-lik “Blavod” əmtəə nişanlı alkoqollu içkilər aşkar edilib.

Agentlikdən verilən məlumata əsasən, faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, sözügedən məhsullar dövriyyədən çıxarılıb və satışının qarşısı alınıb.

16709166442 jpg

16709166443 jpg

16709166455 jpg

16709166456 jpg

Son xəbərlər
Digər xəbərlər