1 C
Baku
Saturday, December 14, 2024

Bill Qeyts “Microsoft”un rəhbərliyindən gedir

“Microsoft” korporasiyasının həmtəsisçisi Bill Qeyts şirkətin Direktorlar Şurasından gedir.

“Bu barədə “Reuters” bildirib.

Qeyd edilir ki, sahibkar qlobal səhiyyənin və təhsilin inkişafına, həmçinin iqlim dəyişikliyi probleminin həllinə diqqət ayırmaq niyyətindədir. Şirkət məlumatı təsdiqləyib.

Bundan başqa, Qeyts Uorren Baffetin “Berkshire Hathaway Inc” şirkətini də tərk etmək barədə qərar qəbul edib. 

Qeyd edək ki, “Microsoft”un əsası 1975-ci ildə sahibkarlar Bill Qeyts və Pol Allen tərəfindən qoyulub. “Microsoft” fərdi kompüterlərdən mobil telefonlara qədər müxtəlif qurğular üçün proqram təminatının istehsalı üzrə ən böyük korporasiyalardan biridir. Şirkətin qərargahı ABŞ-ın Vaşinqton ştatındakı Redmonde şəhərində yerləşir. Korporasiyanın bazar kapitallaşması 700 milyard ABŞ dollarından çoxdur. Report

Son xəbərlər
Digər xəbərlər