27 C
Baku
Wednesday, April 24, 2024

Bill Qeyts sərvətini xeyriyyəyə bağışlayacaq

Milyarder Bill Qeyts sərvətinin “demək olar ki, hamısını” bağışlamaq planlarını açıqlayıb. Onun sözlərinə görə, pul keçmiş həyat yoldaşı Melinda Qeytslə birlikdə rəhbərlik etdiyi xeyriyyə fonduna yatırılacaq.

Banker.az bu barədə “Forbes”a istinadən xəbər verir.

“Mən [reytinqdə] aşağı enəcəyəm və nəhayət dünyanın ən varlı adamları siyahısından çıxacağam”, – deyə Qeyts açıqlayıb.

Planının bir hissəsi olaraq Qeyts qarşıdakı ay ərzində fonda birdəfəlik 20 milyard dollar ianə edəcək. Bu, 2026-cı ilə qədər fondun illik xərclərini 9 milyard dollara çatdıracaq. Fond hazırda təxminən 6 milyard dollar xərcləyir, onun məqsədləri arasında xəstəliklərin və uşaq ölümlərinin aradan qaldırılması və gender bərabərliyinin təşviqi də var.

Real vaxt rejimində yenilənən “Forbes Real-Time”a görə, Qeytsin sərvəti iyulun 13-nə 122.3 milyard dollar olaraq qiymətləndirilir. Dünyanın ən varlı adamları reytinqində Qeyts 4-cü yeri tutur.

Bill Gates “Microsoft”un təsisçisi və səhmdarıdır. 2020-ci ildə o, şirkətin direktorlar şurasını tərk etdiyini, 2021-ci ildə isə keçmiş həyat yoldaşı Melinda Qeytsdən boşandığını elan edib. Milyarderin üç yetkin övladı var.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər