16 C
Baku
Monday, April 29, 2024

Binaların enerji səmərəliliyi üzrə pasportlaşdırılması hamıya sərfəli olacaq

Enerji səmərəliliyi normaları əsasında binaların pasportlaşdırılması həm dövlətə, həm də əhaliyə sərfəli olacaq.

Bu barədə Energetika Nazirliyinin Elektroenergetika və enerji səmərəliliyi şöbəsinin müdiri Ələsgər Həsənov bildirib.

“Belə bir pasportun olması, siz bina alarkən bu məlumatları (binanın enerji istehlakı və enerji səmərəliyi barədə – red.) əldə etməyə imkan verəcək. Eyni zamanda, bu dövlət üçün də maraqlıdır, çünki enerjiyə qənaət olunur”, – Ələsgər Həsənov qeyd edib.

O əlavə edib ki, öz növbəsində qənaət edilmiş enerji hesabına idxal azaldıla və ya ixrac artırıla bilər.

Ələsgər Həsənovun sözlərinə görə, Avropa İttifaqı və Energetika Nazirliyi arasında enerji səmərəliliyinə dəstək layihəsi həyata keçirilir (EU4Energy proqramı – red.). Bu layihə çərçivəsində 4 sənədin hazırlanması nəzərdə tutulub.

Qeyd edək ki, bu sənədlər sırasında binalarda minimum enerji səmərəliliyi standartları və binaların sertifikatlaşdırma (pasportlaşdırma – red.) qaydaları var. Bundan əlavə, proqram çərçivəsində soyuducuların, paltaryuyan maşınların, kondisionerlərin, məişət sobalarının və lampaların enerji etiketi üçün eko-dizayn tələblərini müəyyən edən etiketləmə qaydaları və eko-dizayn tələblərinin hazırlanması planlaşdırılıb.

Ələsgər Həsənov vurğulayıb ki, etiketlənmə və eko-dizaynla bağlı sənədlər artıq hazırlanıb: “Etiketləmə ilə bağlı sənəd qurumlarla razılaşdırılıb və təqdim olunub. Eko-dizaynla bağlı sənəd isə müvafiq qurumlarla razılaşdırma prosesindədir. Digər iki sənəd də hazırlanma mərhələsindədir”.

Şöbə müdiri onu da bildirib ki, aparılan işlərin məqsədi gələcəkdə binaların enerji səmərəliliyinin təmin edilməsidir.

MənbəApa
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər