14 C
Baku
Thursday, March 28, 2024

Bir çox qurumlar işin rahatlığı üçün, beynəlxalq şirkətlərinin xidmətlərindən istifadə edir

Bir çox qurumlar işin rahatlığı üçün, beynəlxalq şirkətlərinin xidmətlərindən istifadə edir, sual yaranır, bəs o halda onların işi nədən ibarətdir? Yəni əgər sən işini, vəsait ödəyərək xarici şirkətə tapışaracaqsansa, o halda ekspertlərin rəyləri, araşdırma mərkəzləri, daxili araşdırma departamentləri, təhlil şöbələri, orqanın daxili siyasi şöbəsi və sair bu baxımdan şöbələr nəyə lazımdır? Çox maraqlıdır ki, bir çox orqanlar öz işinin rahatlığı üçün bu üsuldan istifadə edir. Belə halda nə yaranır? Formal iş yəni formal daxildə fəaliyyət göstərən şöbələr. Vakansiya tələblərində də, xarici dil bilənə üstünlük verilir qeydi, sadəcə ərizə ilə müraciət edən üçün baryerdir. Yəni xarici dil bilənə üstünlük verilməsi formal xarakter daşıyır. Bəlkədə CV ilə müraciət edən düşünür ki, araşdırmalar departamentində işləsə, beynəlxalq təcrübəni arayıb və xarici ölkədə olan praktikanı orqan üçün əhəmiyyətli bilib öz fikrini söyləyə bilər. Onun heç bir fikrinə ehtiyac qalmır. Səbəb, xarici xidmət şirkətləri artıq öz təklifini veriblər. Xarici şirkətlərin verdiyi təklifləri orqan TV-də, saytlarda sanki qlobal bir yeniliyə imza atdığını, bununla da, öz işini və işçilərinin bu baxımdan yüksək əməyi olduğunu qeyd edir. Sonra da, müxtəlif təlftiflər baş verir. Amma işin dərinliyinə baxsaq, görərərik ki, əsla belə deyil. Pulu verib işini gördür. Sonra qeyd etki, biz belə iş görmüşük. Gəlin baxın, bizim işimizin dünyada analoqu yoxdur. Bir çox ölkələr bizim təcrübəmizi öyrənmək bizə müraciət edir. Beynəlxalq xidmət təşkilatlarının fikirlərindən yararlanmaq yaxşıdır. Öz məhsulunu yaratmaq üçün xarici şirkətlərin də, fikirlərini də əsas götürmək lazımdır. Amma məsələ burasındadır ki, bunu yerli işinə uyğun qurmalısan. Yəni daxildə işinin nə yerdə olduğunu bilməlisən və öz ölkənin mütəxəssislərinin də fikirlərini, tərəzinin digər gözünə qoymalısan. Xarici xidmət təşkilatına vəsait ödəyib mənim üçün belə bir məhsul istehsal et və ya təşkil et deməklə orqanın fəaliyyəti indi necə axsayırsa, həmişə də o formada axsayacaq. Səbəb ondadır ki, asıllıq yaranır. Orqanın daxilində işçilər inkişaf etmir. Gələcəkdə bir işi görmək üçün, aldadılma ehtimalına rast gəlinə bilinər. Əgər işçinin işi daxildə qiymətləndirilmirsə o sadəcə vaxtın keçməyini və ayın sonundakı əmək haqqını gözləyir. Tələbi orqan yox, xarci xidmət təşkilatı qoyur. İş axsayanda vəziyyətdən çıxış yolu tapımadığından, orqanın fəaliyyəti, daimi kənardan tənqid olunur. Bu baxımdan orqan xarci şirkətə böyük məbləğdə pul ödəməlidir ki, o daimi onun yanında olsun.  Orqanın daxili sirri xarci şirkətin əlində olur. Sabah təminat yoxdur ki, xarici şirkət müflis olmayacaq. Xarici şirkətin orqanın sirləri yaymaqla qurumu şantaj etmək ehtimalı da var. Odur ki, belə edən orqanlara tövsiyə edirəm ki, bir daha düşünsünlər.

İqtisadçı – ekspert Rauf Qarayev

 

Son xəbərlər
Digər xəbərlər