27 C
Baku
Saturday, July 27, 2024

Bir dəqiqəyə MBA: «Əməkdaşlarınız öz vəzifələrindən narazıdır? Vəzifələrə daha xoş səslənən adlar fikirləşin»

Titullar olduqca böyük önəm daşıyır, belə ki, onlar vəzifə və səlahiyyətlərin bölüşdürülməsi kimi ağrılı prosesin fəsadlarını nəzərə çarpacaq qədər yüngülləşdirməyə qadirdir. Axı sizin müştərinizə də daha yüksək titullu əməkdaş ilə ünsiyyətdə olmaq daha çox xoş olar, çünki hamı özünə qarşı ciddi münasibət istəyir. 

Işgüzar avtoriteti sübut etmək baxımından isə sanballı vəzifə sahibi olmaq ən yaxşı metoddur. «Ona görə də banklarda və reklam şirkətlərində vitse-prezidentlərin sayı belə çoxdur» -öz adını gizli saxlamağa üstünlük verən «Mafiya meneceri» kitabının müəllifi bildirir. Bu, aqressiv işgüzar təşkilatlanma mühitində sağ qalma təlimatlarından biridir. Eyni prinsipə əməkhaqqı siyasətində də əməl etməklə siz büdcənizə qənaət edə bilərsiniz.

«Bəzən ambisiyalı əməkdaş ilə daha az əməkhaqqı artımına razılaşmaq mümkün olur, sadəcə yeni vəzifənin adı daha nüfuzlu, qeyri-adı və özünəməxsus səslənməlidir. İnsanlar təkəbbürlüdür, bundan istifadə etmək lazımdır» qeyri-rəsmi idarəetmə üzrə ekspert bildirir.

İstənilən bir təşkilatda həm də çox çətin, ağır, çirkli və nökər zəhməti tələb edən işlər olur. Bu “çirkli” işlərin adını isə evfemizm ilə bəzəmək və daha yaxşı vəzifə kimi qələmə vermək olar: «Məsələn Assentizator sanitariya üzrə mühəndis olur, bu isə həmin peşələri müşayiət edən ağrı, əziyyət, tər və çirk hissini azaldır». Amma yaddan çıxarmaq lazım deyil ki, titullar şöhrətpərəstlik bazarındakı korporativ valyutaya bənzərlər.

Əgər təşkilatda belə gözəçarpan vəzifələr həddindən çox olarsa, onda sizin valyutalar da inflyasiyaya məruz qalarlar. Ona görə də sui-istifadə etməyin.

Son xəbərlər
Digər xəbərlər