26 C
Baku
Saturday, July 27, 2024

Bir dəqiqəyə MBA: «Qazanmaq istəyirsiniz, keyfiyyətsiz mal istehsal edin»

Çətin ki, elə bir iş adamı tapılar ki, keyfiyyətsiz mal istehsal etmək məqsədi ilə – pis çörək bişirmək, davamsız paltar tikmək və ya ziyanlı dərman hazırlamaq və s üçün yeni biznes yaratmaq qərarına gəlsin. Əksinə, əksər hallarda biznesmenlər ən yaxşı, ən keyfiyyətli mal istehsal etməyə can atırlar.

Amma nəzərə almaq lazımdır ki, keyfiyyət heç də həmişə uğurun təminatçısı deyil və bu anlayışı həddindən artıq şişirtməyə dəyməz. «Mən hələ elə bir proyektə rast gəlməmişəm ki, keyfiyyət orada başlıca rol oynasın, – «Üçüncü Roma» kompaniyasının baş icraçı direktoru (COE) Andrey Movçan bildirir: -Sizin “Mercedes”-iniz daima xarab olanda bu heç də təəccüblü deyil, “Mercedec”-ə belə sərfəlidir, ucuzdur və rahatdır». 

Bu səbəbdən “Mercedes” almaq istəyənlərin sayı heç də azalmır. Həmçinin də əlaqə ilə bağlı problemlərin və konkret ekran növü üçün adaptasiya edilmiş proqramların çatışmazlığı üzündən növbəti iPhone almaqdan imtina edənlərin sayı azalmır. Əlbəttə bu o demək deyil ki, məhsul keyfiyyətsiz olmalıdır, o öz ən başlıca funksiyasını son dərəcə əla yerinə yetirməlidir ki, o məhsulun ətrafında müsbət mifologiya yaratmaq mümkün olsun. «İmic – vacib keyfiyyətdir, -Movçan bildirir. –Böyük proyektlər hazırlayan insanlar bunu başa düşürlər. Onlar imic üzərindəki işə daha çox zəhmət sərf edirlər, keyfiyyət isə proses zamanı emal olunur. Kim ki, bu deyilənlərə əməl etməyəcək, o çox güman ki, rəqabətdə uduzacaq».

Son xəbərlər
Digər xəbərlər