Əməkdaşların sizi hamıdan ağıllı hesab etməsini və hər sözünüzə diqqətlə yanaşmasını istəyirsiniz? Onda bəsdir onlara moizə oxudunuz, dialoqa girin – N2growth kompaniyasının strateji inkişaf üzrə direktoru Mayk Mayatt (Mike Myatt) belə məsləhət görür.
«Elə danışın ki, insanlar sizə dönə-dönə qulaq asmaq istəsin. Maraqlı insanlar tribunalardan uzun-uzadı monoloqlar söyləmir, onlar insanlar ilə qarşılıqlı dialoqa girir. Çox güman ki, kiminsə məruzələrinə qulaq asmaq sizin üçün elə də xoş deyil –bəs onda siz niyə öz işçilərinizə məruzə oxuyasınız ki? Daha yaxşı olar ki, onlara suallar verəsiniz».