Yeni nə isə fikirləşib tapmaq üçün, heç birinizin əvvəllər ağlına gəlməyib ki, sadəcə bütün bayağı ideyalardan bezmək və özünə «mən darıxıram» demək lazımdır, FastCompany-nın mütəxəssisi Martin Lindstrom əminliklə deyir.
«Kreativlikdə fasilələr – insana yenidən güc toplamağa və davam etməyə kömək edir. Fərqi yoxdur, siz yaradıcı işlə məşğulsunuz, ya icraçı direktor vəzifəsini icra edirsiniz, ya da incəsənət direktorusunuz. Bir az darıxın: bu sizə təxəyyülünüzdə yeni nə isə canlandırmaq üçün yer tapmağa imkan verəcək. Hər gün darıxmağa çalışın, bunun üçün vaxt ayırın. Məsələn, mən kafedə dostlarımı gözlədiyim vaxt ərzində elektron poçtumu yoxlamağı özümə qadağan etmişəm, mən bu vaxtı sadəcə fikrə dalmağa sərf edirəm».