21 C
Baku
Monday, May 20, 2024

Bir dollara villa satılır

Üçmərtəbəli villa satılır
Bağı və hovuzu vardır, dəniz sahilində yerləşir.
Qiyməti 1 dollar
«Cəfəngiyatdır!» –  Bomj düşünür və qəzeti bir kənara tullayır.
Qida və içki axtarışında küçələri dolaşarkən o divarda yenə, iri bir elan lövhəsi görür:

«ÜÇMƏRTƏBƏLI VILLA SATILIR, BAĞI VƏ HOVUZU VARDIR, DƏNIZ SAHILINDƏ YERLƏŞIR. QIYMƏT 1 DOLLAR».

 «Bəlkə çap edəndə səhv düşüb? – Bomj düşünür və dönərək yenə öz-özünə deyinməyə davam edir. Geniş bir keçəyə çıxdıqda, yenə onun diqqətini iri həcmli bir banner cəzb edir, bannerdə deyilirdi:

«ÜÇMƏRTƏBƏLI VILLA SATILIR, BAĞI VƏ HOVUZU VARDIR, DƏNIZ SAHILINDƏ YERLƏŞIR. QIYMƏT 1 DOLLAR».

Bu dəfə bomj fikrə gedir və onu maraq bürüyür, “axı bunu hansı axmaq yaza bilərdi” deyə o, düşünür. O, qərara gəlir ki,  özü yoxlasın hər şeyi. İtiriləcək heç nə yox idi, sadəcə cibdəki 1 dollardan başqa. Elanda qeyd olunan ünvana gələn bomj, hələ ora çatmamış villanın əzəmətini görə bilmişdi. O, ehmalca qapının zəngini basdı. Qapını ona gözəl bir qadın açdı.

– Bağışlayın, mən elanla bağlı gəlmişəm. Sizin orda yazdıqlarınız, yəqin bir zarafatdır?

– Buyurun, keçin, Xeyr, hər şey olduğu kimidir.

– Bəs qiymət barədə nə deyə bilərsiniz. İndi deyirsiniz ki, bu villa 1 dollaradır.

– Bəli 1 dollar, əgər  sizə maraqlıdırsa, buyurub baxa bilərsiniz.

Əlbəttə belə ev kiminsə xoşuna gəlməyə bilməzdi, bomj axırıncı pulunu verib, çox dəbdəbəli bir villanın sahibi olur. Amma yenə də qiymətin niyə belə aşağı olmasının səbəbi ilə maraqlanmaq qərarına gəlir.  Yaxşı, qadın gülümsəyərək deyir: “Mənim ərim ölümündən əvvəl vəziyyət etmişdi ki, mən evi satıb, əldə olunan vəsaiti onun məşuqəsinin hesabına köçürüm. Elə mən də bunu edirəm! Elanın verildiyi artıq yarım il idi, amma siz ona reaksiya verən yeganə adam oldunuz. Yeni evinizdə də uğurlar» – bunu deyən qadın, çıxıb getdi.

Hamıya şans verilir.  Sadəcə inanmaq lazımdır ki, mümkün olmayan da mümkündür.

Son xəbərlər
 ⁠
Digər xəbərlər