16 C
Baku
Saturday, April 27, 2024

“Bir güc var ki, hələ də Amerikanın əlindən alınmayıb – o da dollardır”

İqtisadi güc əldə etmək üçün gərək enerji və əmtəə mənbələrini, ya istehsal prosesini əlində tutasan, ya daima yeni texnologiya yaradasan, ya da bütün bunları “yağlayacaq” valyutan olmalıdır. Amerika bunun hamısına ayrı-ayrı dövrlərdə nəzarət edib. İndi bunların hamısında başqa ölkələr öz mövqelərini gücləndirib. Rusiya enerji mənbələrində, Çin isə istehsalda üstünlüyə malikdir. Texnologiyada müəyyən rəqabət var. Düzdü Amerika çalışır Çinə mane olsun.

Amma bir güc var ki, hələ də Amerikanın əlindən alınmayıb – o da dollardır. Dolları əvəzləyəcək yeni qlobal monetar sistemi qurmaq çətin olacaq, nə vaxtsa baş verəcək, amma heç kim bilmir nə vaxt və necə.

Dolların son 30 ildə görünməyəcək şəkildə inflyasiyaya məruz qalıb. COVID-19 sonrası təklif problemləri, artan tələb və maaşlar inflyasiyanı 80-ci illərin əvvəlinə aparıb. Dollara bağlı qalan valyutalar üçün də problemdir. O vaxtı sərt faiz siyasəti ilə inflyasiyanı azaltdılar, amma dollar o qədər bahalaşdı ki, beş ölkənin maliyyə naziri Plaza Akkordu* anlaşması etdilər ki, dolları zəiflətsinlər.

Düzdür o vaxtı dövlətin bu qədər borcu və büdcə kəsiri yox idi. İndi faizləri çox artırmaq çətin olacaq. Hələ ABŞ-da mərkəzi bank funksiyasını həyata keçirən Federal Ehtiyatlar Sistemi siqnal verir ki, bu il iki ya üç faiz artımı edə bilər. Real faizlər artdıqca dollar da qalxacaq, amma gərək bir yerdə inflyasiya azalsın. Görək FED nə qədər sürətlə hərəkət edəcək.

Müəllif
Fariz Hüseynli
Şimali Dakota Universitetinin maliyyə üzrə dosenti

*Plaza Akkordu anlaşması 22 sentyabr 1985-ci il tarixdə Fransa, Qərbi Almaniya, Yaponiya, ABŞ və Birləşmiş Krallığın Nyu-Yorkun Plaza Hotelində valyuta qiymətlərinin müdaxilə edərək Yapon yeni, və Alman markl qarşısında ABŞ dollarının qiymət itkisi üçün etdikləri anlaşmadır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər