-1 C
Baku
Sunday, December 15, 2024

Bir nəfərin sahib olduğu sığorta şirkətinin durumu məlum oldu – Xərcləri artıb

2020-ci ili “A-Qroup Sığorta Şirkəti” 2 milyon 813 min manat xalis mənfəət ilə başa vurub. 2019-cu ildə isə sığorta şirkətinin mənfəəti 1 milyon 625 min manat olub. Belə ki, illik müqayisədə şirkətin mənfəəti 1.7 dəfə artıb.

Banker.az bu barədə sığorta şirkətinin maliyyə hesabatına istinadən xəbər verir.

Öətn il “A-Qroup Sığorta”nın cəmi gəlirləri 17 milyon 232 min manat, cəmi xərcləri isə 13  milyon 716 min manat təşkil edib. 2019-cu ildə isə şirkətin cəmi gəlirləri 15 milyon 381 min manat, cəmi xərcləri isə 13 milyon 350 min manat olub.

Sığorta şirkətinin cəmi aktivləri hesabat dövrünün sonuna 28 280 583 manat, ilin əvvəlinə isə 24 611 732 manat təşkil edib.

Hesabat dövrünün sonuna “A-Qroup Sığorta”nın cəmi kapitalı 14 133 437 manat, cəmi öhdəlikləri isə 14 147 146 manat olub.

Xatırladaq ki, sığorta şirkətinin 10 mln. manat ətrafında olmaqla səhmləri bir fiziki şəxs olan Sabir Adnayevə məxsusdur.

Son xəbərlər
Digər xəbərlər