23 C
Baku
Tuesday, April 23, 2024

Bir neçə bankın bağlanma təhlükəsi əhalidə panika yaradıb

Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, son aylar bank əmanətlərində azalma müşahidə olunub. Belə ki, 1 sentyabr tarixində depozitlər 10 milyard 174,6 milyon manat təşkil edirdi.  Son 1 ay ərzində isə əmanətlər 92,4 milyon manat azalaraq 10 milyard 82,2 milyon manat olub.

Əhalinin banklardan pulunu geri götürməsinə səbəb isə Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun bəzi bankların bağlanacağı haqqında söylədiyi fikirlərlə bağlıdır. Əhalinin, dəqiq olaraq hansı bankın bağlanacağı haqqında məlumatı olmadığına görə bankdan pullarını götürməyə üstünlük verirlər.

Hazırda demək olar ki, hər gün bütün saytlarda bankların bağlanacağı haqqında xəbərlər dərc olunur. Təbii ki, bütün bunlar əhalidə biraz da narahatçılıq yaradacaq və banklarndan geri götürülən əmanətlərin həcminin daha da çoxalacağı müşahidə olunur.

Banker.az olaraq qeyd etmək istərdik ki, narahatçılığa ehtiyac yoxdur. Mərkəzi bank tərəfindən problemi olan banklar artıq nəzarətə götürülüb və onlara depozitlərin qəbulu dayandırılıb. Hazırda bazarda aktiv işləyən bankların isə bağlanma təhlükəsi yoxdur.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər