25 C
Baku
Saturday, July 27, 2024

Bir tələbənin tarixçəsi

Bir professor universitetlərin birində tələbəyə belə bir sual ilə müraciət edir.

Professor: Allah yaxşıdır?

Tələbə: Bəli.

Professor: Bəs Şeytan yaxşıdır?

Tələbə: Xeyr.

Professor: Doğrudur. De mənə oğlum, Yer üzərində zülm mövcuddur?

Tələbə: Bəli.

Professor: Zülm hər yerdədir, elə deyilmi? Və bütün bunların hamısını Allah yaradıb, düzdür?

Tələbə: Bəli.

Professor: Beləliklə zülmü kim yaradıb?

Tələbə: …

Professor: Yer üzərində pislik, fitnə, xəstəlik, qəddarlıq var? Bütün bunlar doğrudur?

Tələbə: Bəli cənab.

Professor: Beləliklə bunları kim yaradıb?

Tələbə: …

Professor: Elm sübut edir ki, insanın ətraf dünyanı duyması üçün 5 duyğu üzvü var. De mənə oğlum, sən nə vaxtsa Allahı görmüsən?

Tələbə: Xeyr, cənab.

Professor: De bizə, Allahı eşitmisən?

Tələbə: Xeyr.

Professor: Nə vaxtsa Allahı hiss etmisən?

Tələbə: Xeyr, cənab.

Professor: Və sən hələ də ona inanırsan?

Tələbə: Bəli

Professor: Əldə edilmiş məlumatlara istinadən elm Allahın olmadığını iddia edir. Sən bunu inkar edə bilərsən?

Tələbə: Xeyr, Professor. Mənim yalnız inamım var.

Professor: Elədir ki, var. İnam – elmin əsas problemi məhz budur.

Tələbə: Professor, bəs soyuq mövcuddur?

Professor: Bu nə sualdır? Əlbəttə, mövcuddur. Sən heç vaxt üşüməmisən?

Tələbələr gəncin sualı qarşısında gülümsədilər.

Tələbə: Əslində cənab, soyuq mövcud deyil. Bizim soyuq hesab etdiyimiz şey fizika qanunlarına əsasən əslində istiliyin olmamasıdı. İnsan və yaxud predmeti enerjinin qəbul edib verilməsi baxımından öyrənmək olar. Sıfır dərəcə istinin tamamilə olmaması deməkdir. Bu temperaturda bütün materiya ətalət vəziyyətindədir və reaksiya vermir. Soyuq mövcud deyil. Biz bu sözü istiliyin olmaması halını təsvir etmək üçün yaratmışıq.

Auditoriyada sakitlik çökür.

Tələbə: Professor, qaranlıq mövcuddur?

Professor: Əlbəttə mövcuddur. Gecə bəs nədir?!

Tələbə: Siz yenə haqsızsınız cənab. Qaranlıq, yəni zülmət də mövcud deyil. Zülmət əslində işığın olmamasıdır. Biz işığı öyrənə bilərik, qaranlığı deyil. Siz qaranlığı ölçə bilmərsiniz. Adi işıq şüası zülmətə daxil olaraq onu işıqlandırır. Hər hansı bir ərazinin nə qədər qaranlıq olduğunu necə öyrənə bilərsiniz? Bu zaman işıqlandırma üçün nə qədər işıqdan istifadə edildiyini ölçürsünüz, elə deyilmi? Zülmət insanların işıq olmadığı halı təsvir etmək üçün istifadə etdiyi anlayışdır. İndi isə cənab deyin, ölüm mövcuddur?

Professor: Əlbəttə. Həyat varsa onun əksi olan ölüm də var.

Tələbə: Siz yenə də haqlı deyilsiniz. Ölüm – həyatın əksi deyil, onun var olmamağıdır. Sizin elmi nəzəriyyənizdə ciddi çatlar əmələ gəldi.

Professor: Siz bununla nə demək istəyirsiniz?

Tələbə: Professor, siz tələbələrə öyrədirsiniz ki, insan meymundan yaranıb. Siz təkamülü öz gözlərinizlə izləmisinizmi?

Professor söhbətin hara gəıib çıxacağını anlayır və təbəssümlə başını yellədir.

Tələbə: Heç kim bu prosesi öz gözləri ilə müşahidə etməmişdir, siz isə bir professordan daha çox, keşişsiniz.

Auditoriyada gülüş dalğası qopur.

Tələbə: İndi isə tələbələr, siz deyin. Sizlərdən kimsə professorun beynini görüb? Onu eşidib, ona toxunub?

Tələbələr gülməyə davam edirdilər.

Tələbə: Görünür heç kim. Belə olduqda elmi faktlara əsaslanaraq belə bir nəticəyə gəlmək olar ki, professorun beyni yoxdur. Professor sizə dərin hörmət bəsləyərək biz necə sizin mühazirələrinizə inanaq?

Auditoriyada sakitlik çökür.

Professor: Düşünürəm ki, siz sadəcə mənə inanmalısınız.

Tələbə: Elədir ki, var! Allah və insan arasında yalnız bir əlaqə var – bu İNAMdır!

Proffesor susur. Bu tələbənin adı Albert Eynşteyn idi.

Son xəbərlər
Digər xəbərlər

11 ŞƏRH

Comments are closed.