Aprel ayında Azərbaycanda fiziki şəxslərin bankdakı depozitlərinin manatda olan hissəsi artıb, xarici valyutada isə azalıb.
Bu barədə Banker.az Azərbaycan Mərkəzi Bankının 2021-ci ilin apreli üçün təqdim etdiyi statistik göstəricilərinə istinad edir.
Bununla da 2015-ci ilin birinci devalvasiyasından sonra ilk dəfə milli valyutanın cəmi portfeldəki payı xarici valyutada olanı üstələyib. Milli valyutada olan depozitlərin payı 1 may 2021-ci il tarixinə 51.3% (öncəki ayda 49.7%) və xarici valyutada olanların payı isə 48.7% (öncəki ayda 50.3% idi) təşkil etmişdir. 2015-ci ilin yanvarına qədər isə bu əksinə idi. Həmin tarixdə, milli valyutanın payı 60%, xarici valyutanın payı 40% idi.
Fiziki şəxslərin aprel ayın sonuna vəsaitlərinin həcmi 8 milyard 352.9 milyon manat ekvivalentində olmuşdur. Bu isə aylıq müqayisədə 205.4 milyon manat, yaxud 2.5% artım deməkdir.
Bu artıma səbəb isə depozitlərin manatda olan hissəsinin 239.4 manat, yaxud 5.9% artımla 4 milyard 285.2 milyon manata çatmasıdır.
Fiziki şəxslərin xarici valyutada olan hissəsi isə 34 milyon manat, yəni 0.8% azalmaqla 4 milyard 67.7 milyon manat ekvivalentinə düşmüşdür.