6 C
Baku
Sunday, December 15, 2024

Birləşmiş Ərəb Əmirlikləri sentyabrda neft ixracını azaldacaq

Birləşmiş Ərəb Əmirliklərinin əsas neft istehsalçısı olan “Əbu Dhabi Milli Neft Şirkəti” (ADNOC) OPEC+ çərçivəsində əldə edilmiş müvafiq razılaşma çərçivəsində sentyabr ayında neft tədarükünü azaldacaqlarını açıqlayıb.

Şirkətin müştərilərə ünvanladığı məktubda sentyabr ayında “Murban”, “Upper Zakum”, “Umm Lulu”, “Das” markalı neftin tədarükünü 5 faiz azaldacaqları bildirilir.

Qeyd edək ki, OPEC+ razılaşmasına görə BƏƏ neft hasilatını 3,168 milyon barel səviyyəsindən 722 min barel, avqust – dekabr aylarında isə 578 min barel azaldır.

MənbəReport.az
Son xəbərlər
Digər xəbərlər