21 C
Baku
Saturday, May 4, 2024

Birləşmiş Ərəb Əmirlikləri turist səyahətləri üçün ölkəyə giriş-çıxışa icazə verməyəcək

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) bəyan edib ki, istirahət və turist səyahətləri məqsədilə vətəndaşların ölkədən çıxış və girişinə icazə verilməyəcək.

Əmirliklərin Fövqəladə Hallar, Böhran və Fəlakətlər Departamentinin rəhbəri Səlim Əl Zəabi pandemiyanın yumşaldılması şəraitində ölkəyə giriş və çıxış üzrə yeni qaydaları açıqlayıb. O qeyd edib ki, hazırkı mərhələdə xarici ölkələrə yalnız müalicə, təhsil, biznes, diplomatik missiya ilə əlaqədar səfər etmək olar. Vətəndaşların və BƏƏ-də müvəqqəti yaşayış hüququ olanların geri qayıtması da bu şərtlərlə mümkündür.

BƏƏ-nin iki aviaşirkətinin beynəlxalq uçuşlara başladığını diqqətə çatdıran Əl Zəabi bildirib ki, xarici səfərlərə gedəcək vətəndaşlar müvafiq izn sənədini təqdim etməlidir. Bunun üçün onlar Federal Vətəndaşlıq İdarəsində qeydiyyatdan keçəcəklər. Xroniki xəstəlikdən əziyyət çəkənlər və 70-dən yuxarı yaşı olanlar isə həkim rəyi aldıqdan sonra səyahət edə biləcəklər. Geri qayıdanlar bilet almazdan əvvəl eyni proseduralardan keçməlidir. Onlar aeroporta enməzdən əvvəl “Sağlamlıq bəyannaməsi” adlanan sənədi doldurmalı, mobil telefonda müvafiq əlavəni yükləməlidirlər. Pandemiyanın geniş yayıldığı ölkələrdən gələnlər 14 gün, az riskli dövlətlərdən qayıdanlar isə 7 gün ev şəraitində karantin keçməlidir.

MənbəAzərtac
Son xəbərlər
 ⁠
Digər xəbərlər