12 C
Baku
Friday, March 29, 2024

Birləşmiş Ərəb Əmirliklərinin yeni Prezidenti seçildi

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) yeni Prezidenti seçilib.

Bu barədə yerli KİV məlumat yayıb.

Bildirilib ki, Əbu-Dabi Əmirliyinin vəliəhdi, BƏƏ Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ölkənin yeni Prezidenti seçilib.

O, 1961-ci ildə anadan olub.

Qeyd edək ki, BƏƏ Prezidenti Xəlifə bin Zayed Al Nəhyan mayın 13-də vəfat edib. O, uzun sürən xəstəlikdən sonra 73 yaşında dünyasını dəyişib.

 

 

Son xəbərlər
Digər xəbərlər