“Bitcoin” 12%-dən çox ucuzlaşdı

0

Dünyada ən populyar kriptovalyuta olan bitkoin kəskin ucuzlaşıb.

Bitkoin 6,4 min dollar ətrafında alınıb satılır.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

“CoinMarketCap” portalının məlumatına əsasən, bitkoinin qiyməti son sutka ərzində 12,43% azalaraq 6,45 min dollar təşkil edib.

Alternativ kriptovalyutaların qiyməti də ucuzlaşıb. Belə ki, “Ethereum” 20% və ya 226,2 dollaradək, “Ripple” 14% (0,29 dollara qədər), “Bitcoin Cash” isə 20% (504,05 dollaradək) ucuzlaşıb.
Kriptovalyuta bazarının kapitallaşması hazırda 203 milyard dollar təşkil edir və bunun 54% faizi bitkoinin payına düşür.