6 C
Baku
Monday, December 16, 2024

“Bitcoin” fondları bir gündə 887 mln. dollar cəlb edib

Amerikanın Bitcoin birja fondlarına kapital axını iyunun 4-də keçirilən ticarət sessiyasının nəticələrinə əsasən 887 milyon dollar təşkil edib. Bu, mart ayından bəri ən yüksək göstəricidir, həmçinin Bitcoin fondlarının tarixində ikinci ən böyük gündəlik investisiya axınıdır. Martın 12-də keçirilən ticarət sessiyasının nəticələrinə görə spot Bitcoin ETF-lərə rekord məbləğdə vəsait daxil olub – 1 milyard dollardan çox.

Bitcoin ETF-lərə vəsait axını ardıcıl 16 gündür davam edir, 11 ABŞ ETF-nin ümumi xalis aktiv dəyəri 61.4 milyard dollara çatıb.

İyunun 4-də alınan vəsaitlərin həcminə görə lider FBTC fondu olub – 379 milyon dollar, ondan sonra 274 milyon dollarla GBTC fondu gəlir.

Bitcoin məzənnəsi Binance kriptovalyuta birjasında USDT steyblkoini ilə cütlükdə 71.25 min dolları keçib. 5 may Bakı vaxtı ilə saat 11:00-da dünyanın ən populyar kriptovalyutası son 24 saat ərzində 3% bahalaşıb.

Fəaliyyətin artması ABŞ-də Ethereum (ETH) əsaslı spot birja fondlarının işə salınmasının təsdiqlənməsi və prezidentliyə namizədlərin Bitcoin haqqında müsbət bəyanatları fonunda baş verir.

Son xəbərlər
Digər xəbərlər