Bitcoin-in məzənnəsi rekord həddə çatdı

MarketWatch-un verdiyi məlumata əsasən, Bitcoin virtual valyutasının məzənnəsində bu çərşənbə günü rekord məbləğ – min dollar təyin edilmişdir. Noyabrın əvvəlindən Bitcoin valyutası öz dəyərinə 700 dollardan çox əlavə etmişdir.

Bitcoin valyutasının məzənnəsi noyabr ayının ortalarında ABŞ konqresində virtual valyutalardan istifadənin riskləri və imkanları ilə bağlı dinləmələr fonunda əhəmiyyətli dərəcədə artmışdır. Ümumilikdə isə, o zaman ABŞ FES-nin rəhbəri Ben Bernanke bildirmişdi ki, virtual valyutalardan istifadədə risklər mövcuddur.

Konqresdə baş tutan dinləmələr günündə Bitcoin-lərin dəyəri 200 dollar qalxaraq növbəti rekorda imza ataraq 785 dollara çatmışdı. Bununla yanaşı, 2012-ci ilin sonunda 1 Bitcoin-ə 13 dollar, 2010-cu ildə isə 1 dollar əldə etmək mümkün idi.

Avqust ayının sonlarında ABŞ maliyyə tənzimləyiciləri virtual valyuta operatorlarına maliyyə təşkilatları üçün təyin edilmiş qaydalara riayət etmələrinin vacibliyini elan etmişdilər. Bu addım böyüməkdə olan narahatlıqların sübutudur. Belə ki, virtual valyuta ilə anonim müqavilələr bağlamaq mümkün olduğundan bunlar qeyri-qanuni məqsədlərdə istifadə edilə bilər. Maliyyə qanunvericiliyinə tabe olmaq Bitcoin operatorlarını ödənişlər ilə bağlı məlumatları açıqlamaq məcburiyyətində qoyacaq. Bu açıqlamalar isə məsələn, çirkli pulların yuyulması hallarının qarşısını ala bilər.

Bitcoin vahid emisyon mərkəzi olmayan virtual valyutadır.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.