9 C
Baku
Friday, December 13, 2024

Bitcoin kapitalizasiyasına görə investisiya banklarını üstələyib

Xəbər verdiyimiz kimi, dünyanın əsas kriptovalyutası Bitcoinin kapitalizasiyası şənbə günü 100 milyard dolları üstələdi.

Banker.az Bloomberg agentliyinə istinadən xəbər verir ki, bununla da, sözügedən kriptovalyutanın kapitalizasiyası Goldman Sachs (96,8 milyard dollar), Morgan Stanley (93,1 milyard dollar), Lockheed Martin (92,2 milyard dollar) banklarının kapitalizasiyasını geridə qoyub. Lakin hələ ki, BNP Paribas kapitalizasiyasından bir qədər geri qalır (100,2 milyard dollar).

Bitcoin rəqəmsal valyutasının “düşməni” JP Morgan bankının kapitalizasiyası isə Bitcoin üçün əlçatmaz olaraq qalır. Hazırda bankın bazar dəyəri 350,2 milyard dollar təşkil edir.

Qeyd edək ki, bu yaxınlarda JP Morgan bankının icraçı direktoru Ceymi Daymon Bitcoin rəqəmsal valyutasını fırıldaqçılıq adlandırmış və Bitcoin ilə müqavilələrlə məşğul olanları isə işdən azad etmək ilə hədələmişdi.

Son xəbərlər
Digər xəbərlər